Belarus prezidenti Aleksandr Lukaşenko kimyəvi silah tətbiqinə cavab olaraq ABŞ-ın Suriya hərbi bazasını vurmasını tənqid edib.
“Bunu eşidəndə çox təəssüfləndim. Daxili siyasətin problemlərini aqressiv xarici siyasət üzərindən həll etmək doğru yol deyil”, – deyə Lukaşenko bildirib.
Belarus prezidenti hesab edir ki, belə vacib qərarlar verməzdən əvvəl vəziyyəti ətraflı öyrənmək lazımdır:
“Bu gün ABŞ təkbaşına və ya NATO-dakı müttəfiqləri ilə birlikdə bütün dünyanı alt-üst edə, yaxud hər yeri idarə edə bilməz. İştahı çərçivəyə salmaq və böyük maraqlarının olduğu yerlərlə məşğul olmaq lazımdır”.
Gültəkin