İtaliyanın xarici işlər naziri Ancelino Alfano Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və Qətərin xarici işlər nazirlərinin iştirakı ilə “Yeddilər qrupu”nun Suriya məsələsi üzrə nazirlər səviyyəsində geniş tərkibli görüşünü çağırıb.
TASS-a xəbər verir ki, iclas sabah səhər keçiriləcək.
İclasda “yeddilik” ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) XİN başçılarından savayı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edəcək.
G7-nin iclası Lukka şəhərində keçiriləcək və Suriya nizamlanması mövzusunun iclasın ən aktual məsələsi olacağı gözlənilir.
İclasla əlaqədar İtaliya hökuməti Toskana vilayətinin şimalında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib.