Bakının Xətai rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.
Qəza Xocalı prospekti ilə hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Nəticədə maşınlardan birinin sürücüsü olan Tahir Piriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Report.az