28 fevral 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 84.3 milyon manat həcmində olub. Bu, 31 yanvar 2017-ci il tarixilə müqayisədə 607 milyon manat azdır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 31 yanvar 2017-ci il tarixinədə banklarda əhalinin 7 milyard 691.3 milyon manat həcmində əmanəti var idi.
Qeyd edək ki, əhalinin əmanətlərinin 80%-i dollardadır. Əhalinin pullarını banklardan geri götürməsilə bərabər, Fevralda Dolların manat qarşısında ucuzlaşması da əmanətlərin azalmasına təsir göstərib.