ABŞ Konqresində respublikaçı və demokrat qanunvericilər Nümayəndələr Palatasına Vaşinqtonda Rusiya səfirliyi qarşısındakı meydana Boris Nemtsovun adının verilməsinə dair qanun layihəsi təqdim ediblər. Qanun layihəsi Konqres üzvləri İleana Ros-Lehtinen və Eliot Engel tərəfindən təqdim edilib.
Fevral ayının sonunda oxşar qanun layihəsi Senatda respublikaçı senator Marko Rubio və demokrat Kris Kuns tərəfindən təqdim edilmişdi.
“Boris Nemtsov həyatını demokratiya və ölkəsində ədalət uğrunda mübarizəyə həsr edib. Rusiyada rejim fərqli düşünənləri məhv etməyə çalışdığı bir vaxt biz açıq bildirməliyik ki, Konqres vəziyyətə nəzarət edir və biz belə praktikanın davam etdirimləsinə imkan verməyəcəyik”-deyə İleana Ros-Lehtinenin bəyanatında bildirilir.
“Mən əminəm ki, bir zaman Rusiyada Boris Nemtsovun qəhrəman xatirəsinə ehtiram göstərəcək bir hökumət olacaq. Amma bu hələ baş vermədən, biz Nemtsovu burada, paytaxtımızda yad edəcəyik”-deyə konqresmen Engel bildirib.
1984-cü ildə Vaşinqtonda SSRİ-nin səfirliyinin qarşısındakı meydana Konqresin təşəbbüsü ilə Andrey Saxarovun adı verilmişdir. Hazırda həmin binada Rusiya səfirinin iqamətgahı yerləşir.
1984-cü ildə Vaşinqtonda SSRİ-nin səfirliyinin qarşısındakı meydana Konqresin təşəbbüsü ilə Andrey Saxarovun adı verilmişdir. Hazırda həmin binada Rusiya səfirinin iqamətgahı yerləşir. (amerikaninsesi.org)