Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 9 apreldə mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Aprelin 4-də təşkilatçılara verilən cavab məktubunda göstərilib ki, şəhər İcra Hakimiyyəti aksiyanı aprelin 8-də keçirməyi təklif edir.
BŞİH-in cavabı ilə əlaqədar Milli Şura təcili toplantı keçirib. Müzakirələrin sonunda belə qərara gəlinib ki, bu dəfə BŞİH-in təklifi ilə razılaşılsın.
Milli Şuranın qərarını müzakirədən dərhal sonra AXCP sədri Əli Kərimli feysbuk səhifəsindən canlı yayımla açıqlayıb və izah edib.