ABŞ prezidenti Donald Tramp Misir prezidenti Abdulfəttah əs-Sisi ilə Ağ Evdəki görüşündən sonra mətbuat mənsublarının Rusiyadakı hücumla əlaqədar sualını cavablandırıb. Tramp Rusiyanın Sankt- Peterburq şəhərində metroda baş verən terror hücumunu qınayaraq, “qorxunc bir şey, dünyanın hər yerində olur, çox qorxunc” deyib.
Bu gün Sankt- Peterburqda metroda iki stansiya arasında təşkil edilən terror hücumunda 10 adamın öldüyü, 47 adamın yaralandığı bildirilib. Rus mediasında çıxan xəbərlərdə partlayışın səbəbinin qatar vaqonuna yerləşdirilən parça təsirli bomba olduğu ifadə edilib.
azadliq.info