Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı Natəvan Allahverdiyeva intihar edib. Məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
Deyilənlərə görə, N.Allahverdiyeva təxminən 1 ay əvvəl də özünə qəsd etmək istəyib.
Meyit ekispertizaya göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub. Faktla bağlı araşdırma aparılır.