Cənubi Koreyanın Seul məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb. Məhkəmə belə qərara gəlib ki, Pak Kın He barəsində prokurorluğun iddiası əsaslıdır və o, azadlıqda qalacağı təqdirdə dəlilləri məhv edə bilər.
Məhkəmə qərarından sonra keçmiş prezident saxlanılıb. Reuters agentliyinin məlumatına görə, indi yerli qanuna əsasən keçmiş prezident ən azı 20 gün həbsdə qalacaq.
Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə martın 27-də müraciət etmişdi. Beləliklə, məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır.