Martın 27-də şair Mikayıl Müşfiqin heykəli onun adını daşıyan parkdakı yerinə bərpa olunub. Bu haqda «Azəravtoyolsevis» Açıq Səhmdar Cəmiyyətindən bildiriblər. Artıq heykəl yenilənməli olan parkda yerləşdirilib. Bu gündən başlayaraq parkda yenidənqurma işlərinə də start verildiyi bildirilir.