ABŞ-ın prezidenti Donald Tramp Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə səhv salıb.
“Financial Times” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker deyib: “Düzünü desək, D.Tramp Avropa məsələlərindən heç nə başa düşmür. Onun D.Tusk ilə telefon danışığı olub, elə düşünüb ki, bu mənəm. Belə təəssürat yaranır ki, amerikalı prezident Avropa məsələləri ilə maraqlanmır”.
Nəşrin yazdığına görə, Avropa Komissiyasının rəhbərinin növbəti ay ABŞ-a rəsmi səfəri nəzərdə tutulub, ancaq o, hələ D.Tramp ilə görüşüb-görüşməyəcəyini müəyyənləşdirməyib.