Avroviziya musiqi yarışmasında iştirak etməli olan Rusiya təmsilçisinə Ukraynaya girişin qadağan edilməsi haqqında qərar qəbul edilib.
Bu barədə qərarı Ukraynanın Təhlükəsizlik Şurası verib. Xəbəri özünün feysbuk səhifəsində Təhlükəsizlik Şurasının nümayəndəsi Elena Qitlyanskaya yayıb. Qərar 3 il müddətinə qüvvədə olacaq.
Xəbərdə bildirilir ki, Rusiyanı Avroviziya yarışında təmsil etmək hüququ qazanmış Yuliya Samoylova Rusiyanın işğal etdiyi Ukrayna ərazisində 2015-ci ildə konsert proqramı ilə çıxış etdiyinə görə onun ölkəyə gəlişi qadağan edilir.
azadliq.info