Ermənistandan qaçqın düşərək Göygöl rayonu ərazisində məskunlaşan Həsənov Elnur Mahal oğlu azadliq.info-ya müraciət edib. Onun bildirdiyinə görə hər iki valideyni torpaqlarımızın müdafiəsində iştirakçı olub.
Anası Allahverdiyeva Qüdrət Mürşüd qızı güzəştli torpaq sahəsi almaq üçün növbəyə durub. Növbəsini gözləyə-gözləyə dünyasını dəyişib. Hazırda oğlu Elnur Həsənov həmin torpaq sahəsini alamq üçün döymədiyi qapı qalamdığını bildirir. Şikayətçi onu da bildirir ki, hərrac yolu ilə torpağın qiyməti 1300 manatdır, güzəştli torpaq isə 830 manata nəzərdə tutulub. Həsənov Elnur mindən artıq aidiyyatı qurumlara ünvanladığı məktub və teleqramlara aradakı fərqindən qat-qat artıq pul xərclədiyini də bildirir. Onun əsas məqsədi vətəndaşların ərizə və şikayətlərinə ən yüksək səviyyədə məhəl qoyulmamasını xalqa çatdırmaqdır.
Şikayətçi qəbullarında olduğu yüksək mənsəb sahiblərindən heç bir kömək olamığını xatırladır. Məsələ ilə məhkəmələrə müraciət etsə də, məhkəmələrdə də qanunsuzluqla qarçılaşdığını qeyd edir.
Elnur Həsənovun video müraciətini saytımızın izləyicilərinə təqdim edirik.
azadliq.info