Böyük Britaniya kraliçası II Elizabet ölkəsinin Avropa İttifaqını tərk etməsi istiqamətində mərhələnin başlanması barədə qanun layihəsini imzalayıb.
Bu həftənin əvvəlində Böyük Britaniya parlamentinin hər iki palatası Lissabon sazişinin 50-ci bəndinin həyata keçirilməsi barədə qanun layihəsini qəbul edib.
Lissabon sazişinin 50-ci bəndinə əsasən Aİ üzvü olan hər bir ölkə onu tərk etmək hüququna sahibdir.
Bunun üçün Aİ-na bu barədə rəsmi şəkildə məlumat vermək və daha sonra danışıqlar prossesinə başlamaq lazımdır. (BBC Azərbaycanca)