Ukraynadan İstanbula uçmağa hazırlanan bir Türk yolçunun baqajından bazuka və hərbi radio-stansiya cihazı çıxıb.
Ukrayna Dövlət Gömrük Xidmətindən açıqlanan xəbərə görə, adı açıqlanmayan Türk sərnişin Zaporojye beynəlxalq hava limanında nəzarətə alınıb.
Açıqlamada gömrük rəsmilərinin Türk vətəndaşının baqajın yoxlayarkən bazuka(raket-atan) və hərbi radio stansiya cihazı tapdıqları qeyd edilib.
Rəsmi mənbə silah və cihazla əlaqədar Türk yolçunun üzərində hər hansı bir sənədin olmadığını da bildirib. Hadisə ilə əlaqədar araşdırma başladılıb.
azadliq.info