Heyvan baxıcıları dörd yaşlı ağ kərgədan “Vince”ni “Thoiry” zooparkında ölmüş halda tapıb. Polis kərgədanın buynuzlarından birinin kəsildiyini söyləyib. Afrika kərgədanlarının buynuzları qara bazarda çox yüksək qiymətlərə satılır. Bu üzdən təbiətdə hər ay 100-ə qədər kərgədan buynuzu üçün öldürülür.
Ancaq qaçaq ovçuların Avropadakı bir heyvanat bağçasında yaşayan bir kərgədanı ilk dəfə hədəf aldığı qeydə alınıb. “Vince”nin gecə heyvanat bağçasına zorla girən ovçular tərəfindən üç dəfə başından vurulduğu bildirilir. Qaçaq ovçuların daha sonra kilosu 60 min dollara olan buynuzu kəsib qaçdığı deyilir.
Zooparkdakı digər ağ kərgədanlar 37 yaşındakı “Gracie” və beş yaşındakı “Bruno”nun “qırğından xilas” olduğu açıqlanıb. “Bruno” və “Vince” 2015-ci ildə “Thoiry” heyvanat bağçasında yaşamağa başlamışdı. 19-cu əsrin sonlarında soyu tükənmə təhlükəsi yaşayan ağ kərgədanların sayı 20 minə yaxındır. Ancaq kərgədan buynuzunun afrodizyak təsirləri olduğuna inanılan Vyetnam kimi ölkələrdəki artan tələb səbəbindən qaçaq ovçuların da sayı xeyli artıb.
azadliq.info