Danimarkada əhalisi 80 min olan Djursland adasında olan bir dərnək, iqtisadiyyatda yaşanan tənəzzülü aradan qaldırmaq üçün yalnız adada istifadə üçün Djur adı verilən bir pul basıb.
Danimarkanın ikinci böyük şəhəri Aarhusda yerləşən Djursland adası yerli iqtisadiyyatda yaşanan tənəzzülü aradan qaldırmaq üçün bu maraqlı həll yoluna üz tutub. Adada fəaliyyət göstərən dərnək yeni pul vahidini istifadəyə vermək üçün işə başlayıb. Djur adı verilən pul vahidi yalnız adada istifadə ifadə edilir və yerli iqtisadiyyatı dirçəldəcəyi nəzərdə tutulur.
Yeni pul vahidinin ada xalqı arasında birlik və həmrəylik duyğusunu gücləndirəcəyi bildirilib. Adada olan iki bələdiyyə başçısı isə layihəni çox ümidverici saymadıqlarını açıqlayıb. Amma dərnək rəhbərləri bənzər bir yolun Almaniya – Avstriya sərhədində iqtisadiyyatı çökmək nöqtəsinə gələn bir kənddə də edildiyi və müvəffəqiyyətli nəticələr verdiyini bildirib.
Dərnəyin yeni pul vahidinin rəsmi olaraq tədavülə girməsi çətin görünür. Çünki Danimarkada pul basma səlahiyyəti yalnız Danimarka Mərkəzi Bankına aiddir.
azadliq.info