Amerika prezidenti Donald Trampın Barak Obamanın onun telefonunu dinlətməsinə dair iddiaları Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komey tətrəfindən rədd edilib.
Komey Ədliyyə Nazirliyindən Obamanın ötən ilin seçki kampaniyası zamanı telefon danışıqlarını dinləmək göstərişi ilə bağlı iddialarının rədd edilməsini xahiş edib. Direktor Komey deyib ki, Tramp bununla FTB-nin qanunu pozmasına işarə edib.
Bu xəbəri “New York Times” yayıb, amma Ədliyyə Nazirliyi xəbərlə bağlı heç bir rəsmi məlumat verməyib. Qəzet bir rəsmi şəxsə əsaslanaraq, Komeyin Trampın iddialarını təsdiq edən sübutların olmadığına inandığını deyib. Obamanın sözçüsü Trampın iddialarını “sadəcə yalan” adlandırıb.
azadliq.info