Türkiyə ilə sərhəddə qəzaya uğrayan Suriyaya məxsus “MiQ-23” qırıcı təyyarəsinin pilotu tapılıb.
Təyyarəçi qəza yerindən 500 metr aralıda talılıb.bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Pilotun xəsarət aldığı ehtimal olunur. O, hadisə yerindən “təcili yardım” xərəyində aparılıb.
Təyyarə martın 4-də qəzaya uğrayıb. Onun qalıqları Türkiyə əyaləti ərazisində aşkar edilib, qəza faktını isə Türkiyənin baş naziri Binəli Yıldırım təsdiq edib.