Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu Alman hökumətini sərt şəkildə tənqid edərək, Türkiyənin heç çəkinmədən bunun qarşılığını verəcəyini söyləyib.
Çavuşoğlu Ankarada jurnalistlərlərə verdiyi açıqlamada Almaniyada Ədliyyə naziri Bəkir Bozdağın qatılacağı yığıncağa verilən icazəsinin ləğv edilməsini belə dəyərləndirib: “Bizimlə işləmək istəyirsinizsə, bizimlə necə davranacağınızı öyrənmək məcburiyyətindəsiniz. Bu işlər bu qaydada olmaz, belə davam etməz. Biz də qarşılığını verərik. Heç çəkinmədən hər cür qarşılığını verərik. O zaman gerisini siz düşünərsiniz.” .
Çavuşoğlu, Almaniyada türklərin təşkil etdiyi yığıncaqların daha əvvəl də bənzər şəkillərdə ləğv edildiyini xatırladaraq bildirib ki, “bu alman dərin dövlətinin sistematik tətbiqi halına gəldi.”
“Bizi bərabər bir ortağınız kimi görmək durumundasınız. Türkiyə sizin əmrinizdə olan bir ölkə deyil. Siz Türkiyənin müdiri deyilsiniz. Siz birinci sinif, Türkiyə ikinci sinif deyil. Biz sizinlə belə davranmırıq, siz də Türkiyəylə bərabər bir ortaq kimi davranmaq məcburiyyətindəsiniz.”
Qısa müddət əvvəl Almaniya ilə Türkiyə əlaqələrində gərginlik yaradan bir məsələ də “Die Welt”in Türkiyə müxbiri Deniz Yücelin həbsi olmuşdu. Almaniya bu həbsə sərt reaksiya göstərmiş və qərara etiraz etmək üçün Türkiyənin Berlindıki səfiri Əli Kamal Aydını Xarici İşlər Nazirliyinə çağırmışdı.
azadliq.info