Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Cenevrədə gerçəkləşəcək görüş ərəfəsində Rusiya Suriya hökumətindən müxaliflərə yönəlmiş bombardmanların dayandırılmasını tələb edib.
Suriya hökuməti ilə müxalifəti arasında altı illik vətəndaş müharibəsini bitirmək məqsədi daşıyan danışıqlardan əvvəl mətbuat konfransı keçirən Mistura, görüşün problemin həlli üçün “böyük bir dönüş nöqtəsi olacağını gözləmədiyini” deyib. O, prosesin bundan sonra davam etməsinin əhəmiyyətini vurğulayıb. Mistura “Rusiya Bəşər Əsəd rejimindən Cenevrə danışıqları ərəfəsində rəsmi olaraq hava hücumlarını dayandırmasını istədi” deyib.
Yeni Suriya konstitusiyasının hazırlanması məsələsinə də toxunan Mistura “konstitusiyanın hazırlanması yalnız Suriya xalqının səlahiyyəti daxilindədir, bizim və ya başqasının deyil” söyləyib.
azadliq.info