Almaniyada 23 fevraldan başlanacaq karnaval şənliklərinə ciddi polis nəzarətinin olacağı və şənliklərə çox sayda polis heyətinin cəlb ediləcəyi nəzərdə tutulur.
Bu məsələ ilə bağlı xəbərə yer verən “Nordwest-Zeitung” qəzeti yazır:
“Radikal islamçı terrorçuların azad dünyada reallaşdırdığı hücumların hamısında hədəf bu dünyanı azadlıqdan, qayğısızlıqdan, açıqlıqdan və mərhəmətdən məhrum buraxmaq. Karnaval bu həyat tərzinin bir ifadəsidir. Biz bu karnavalı bir təhlükə hissi yaşayaraq və artan polis gücü ilə keçirmək məcburiyyətindəyik. Ancaq bu vəziyyətin xəyallarımızı yıxmasına ya da gözümüzü qorxutmasına icazə verməməliyik. Çünki radikal qısqancların istədiyi də elə budur… ”
Almaniyada 23 fevralda “Qadınlar Karnavalı” ilə başlayacaq əyləncələr 27 fevralda “Çəhrayı Bazar ertəsi” şənlikləri ilə davam edəcək və 1 mart “Kül Çərşənbə” oyunları ilə sona çatacaq.
azadliq.info