İran hökuməti 2009-cu ildə hökumətə qarşı keçirilən etirazlarda öldürülən 26 yaşlı Mustafanın anasını həbs edib. Bu ilin 25 yanvarından bəri Evin həbsxanasında saxlanan Şahnaz Kərimbəyli ilə bağlı “Human Rights Watch” təşkilatı açıqlama yayıb.
Mustafa İranda 2009-ci ilin mübahisəli prezident seçkiləri zamanı etirazlarda öldürülüb. Oğlunun ölümündən sonra anası Şahnaz xanım onun qatillərinin cəzalandırılması üçün müxtəlif orqanlara, təşkilatlara müraciət edib. Təhlükəsizlik orqanları onun həbsindən üç həftə ailəsini məlumatlandırıb, həbsinin səbəbləri haqqında isə heç bir açıqlama verməyib.
Təhlükəsizlik orqanları Şahnaz xanımı yanvarın 25-də iş yerində həbs edib və sonra onun mənzilində axtarış aparılıb. Axtarış zamanı onun laptopu və başqa elektron cihazları müsadirə olunub. Bundan əvvəl isə Şahnaz xanımın əri və qızı telefon vasitəsilə hədələnib.
“Human Rights Watch” təşkilatının açıqlamasına görə, Kərimbəylinin həbsi onun son illərdəki ictimai fəallığı, insan haqları ilə bağlı kampaniyaların və tədbirlərin təşkilatçısı olması ilə bağlıdır.
azadliq.info