Dominik Respublikasının San Pedro de Makoris şəhərində iki jurnalist radioda canlı yayın zamanı uğradıqları silahlı hücum nəticəsində həyatını itirib.
Hadisə ilə əlaqədar üç nəfər həbs olunub. Həyatını itirən şəxslər radio aparıcısı Luis Manuel Medina və prodüsser Leo Martinezdir. Səlahiyyətlilər hücumda yaralanan bir qadının da həkim nəzarətində olduğunu bildirib. Öldürülən jurnalistlərdən biri radio proqramını Facebook üzərindən canlı olaraq yayırmış. Proqramın silah səsləriylə kəsilməsi və bir qadının “Atəş! Atəş! Atəş!” deyə bağırması görüntülərə əks olunub.
Polis çərşənbə axşamı baş verən hücumun səbəbinin bilinmədiyini söyləyib. Prokuror Jen Rodrigez yerli mətbuata açıqlamasında “istintaq başladılıb və əlimizdəki bütün səlahiyyətlərdən istifadə edərək caniləri tapmağa çalışcağıq” deyib.
azadliq.info