Onun ayaqlarından hazırlanan şorba 800-1000 dollara satılır
Türkiyənin Bodrum şəhərində yaşayan təqaüdçü kapitan Ərtoğrul Kara 2 yoldaşı ilə birlikdə qurduğu fermada qiymətləri 1000 ilə 6 min lirə arasında dəyişən 8 fərqli toyuq növü yetişdirib. Yetişdirdiyi toyuqlar arasında Vyetnam və İndenoziyada yalnız kralların və zənginlərin süfrələrini bəzəyən “Dong Tao” növü də var. Kara “əjdaha toyuğu” adlandırılan bu toyuqlara dünyanın böyük maraq göstərdiyi və ildə 300-dən artıq yumurta verən bu toyuq növlərinin sayını artırmağı məqsəd qoyduqlarını söyləyib. Bir zamanlar yalnız kral ailəsi üçün yetişdirilən bu növün Türkiyədə istehsalının bir ilk olduğunu bildirən Kara deyib:
“20 min lirə təklif edən olmasına baxmayaraq, toyuqları satmadıq. Çəkisi normal toyuqlardan üç dəfə ağır olan bu növün ayaqlarından hazırlanan şorbanın “Viagra” təsiri göstərdiyi bilinir. Uzaq Şərqdə yalnız zənginlərin yeyə bildiyi, nadir ləzzətə malik bir toyuq növü. Yalnız ayaqlarından hazırlanan şorbanın 800-1000 dollara satıldığını bilirik. “Əjdaha toyuğu” ildə orta hesabla 300-320 ədəd arasında yumurta verir. Yumurtalarının hər biri 15- 20 lirədən satılır. Biri 3-6 min dollara satıla bilən bu toyuq növünü Bodrumda yetişdirməyin həyəcanını yaşayırıq. ”
Fermer onu da qeyd edib ki, ən böyük qorxuları toyuqların oğurlanmasıdır. Artıq buna bir neçə dəfə cəhd edilib.
azadliq.info