“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində dövlət ittihamçısı olan Vüsal Orucov həbs edilib. Bu barədə baş redaktor iyunun 7-də keçirilən prosesdə danışıb.
Belə ki, proses başlayanda hakim iş üzrə dövlət ittihamçısının dəyişdirildiyini elan edib. Hakim bildirib ki, bununla bağlı prokurorluqdan məhkəməyə bildiriş gəlib. Əvəz Zeynallı dövlət ittihamçısının hansı səbəbdən əvəzləndiyi ilə maraqlandıqda, hakim bu barədə onlara hər hansı məlumatın verilmədiyini deyib. Bu zaman baş redaktor bildirib ki, onda olan məlumata görə prokuror Vüsal Orucov bu yaxınlarda dini motivli həbslər zamanı saxlanılıb. Əvəz Zeynallı prokuroru Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyini deyib.
Hakimlər və yeni dövlət ittihamçısı baş redaktorun dediklərinə münasibət bildirməyiblər.
azadliq.info