“The İndependent” qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru John Brennan deyib ki, Donald Trump kəşfiyyatçıların qarşısındakı çıxışda etdiyi “biabırçı” və “yekəxana” şərhlərə görə “utanmalıdır”.
Donald Trump MKİ binasındakı çıxışını xidmətdə ikən həlak olmuş kəşfiyyatçıların xatirə divarı qarşısında edirdi.
O bu çıxışında etiraz aksiyalarına 1, 5 milyon yox, 250 min adamın çıxdığı barədə inadkar bəyanatlar verirdi.
Trump bildirirdi ki, onun guya ölkənin xüsusi xidmətləri ilə çəkişmədə olduğu barədə iddiaları “şərəfsiz media” uydurub və əslində “bu dünyada kəşfiyyatçıları onun qədər sevən yoxdur”.
“Bu mənim indiyədək eşitdiyim ən başayaq nitqlərdən biri idi, – deyib ABŞ kəşfiyyatının vəzifəlilərindən biri “The Washington Post” qəzetinə, – O qısa danışa bilərdi. Deyə bilərdi ki, bura “körpü salmağa” gəlmişəm. Lakin o bu barədə cəmi 10 saniyə danışdı. Çıxışının qalan hissəsini etiraza çıxanların sayı barədə söz-söhbətə həsr etdi”.
“The İndependent” yazır ki, ABŞ-ın kəşfiyyat icmasında Trump-ın çıxışını inamsızlıqla qarşılayıblar və hətta təhqir hesab ediblər.
CNN telekanalına danışan keçmiş MKİ vəzifəlisi Jim Sciutto deyib ki, bu çıxış hətta bir qədər ədəbsiz səsləndi.
Jim Sciutto deyir ki, ona bir çox kəşfiyyat peşəkarlarından email və SMS-lər gəlir.
Peşəkarlar deyirlər ki, çoxlarının adları indiyədək naməlum olan 117 ulduzlu o şərəf lövhəsinin qarşısında belə çıxış etmək olmazdı.
Peşəkarlar yazırlar ki, Trump-ın zarafatları da şit səslənirdi.
(bbc azəri)