Səudiyyə Ərəbistanı şahzadəsi 16 milyon dollar borclu qaldığı Paris otelindən qaçmaq istəyib, ancaq saxlanılıb. Bu haqda “Parisien” qəzeti yazır. Məlumata görə, şahzadə Maha əs-Sudaini Səudiyyə Ərəbistanı taxt-tacının varisi şahzadə Naif Abdel Əzizin keçmiş arvadıdır. Oteldə onu 60 nəfərlik heyət müşaiət edirmiş. Keçən ilin dekabrından oteldə qalan şahzadə 40 otağı əhatə edən bir mərtəbəni zəbt edibmiş.
Cümə günü axşamı tələsik “Şanqrila”otelini tərk etmək istəyən şahzadə otel işçiləri tərəfindən saxlanılıb. O, pulu ödəmədən dost ölkə Qətərin sahib olduğu “Royal monso” otelinə kömək istəyirmiş. Şahzadənin əvvəllər də aldığı malların pulunu ödəmədiyini bilən işçilər onu nəzarətdən kənar qoymayıblar.
azadliq.info