Suriya ordusu bütün ölkə ərazisində hərbi əməliyyatları dayandırıb.
Bu barədə RİA Novosti Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb.
Atəşkəs rejimi dekabrın 30-u gecə saat 24.00-dan qüvvəyə minib.
Razılaşma İŞİD və «Ən-Nüsra Cəbhəsi»nə şamil olunmur.
«Reters»in xəbərinə görə, atəşkəs qüvvəyə minəndən sonra Suriyada atəş səsləri eşidilib.
Gültəkin