Mayın 25-də Dənizkənarı Milli Parkda dinc aksiya zamanı saxlanılanlardan 3-ü məhkəmə hökmü ilə 5-6 sutkalıq həbs edilib. Digər müxalifət fəalları müxtəlif məbləğlərdə cərimələnib və xəbərdar olunub. Bu barədə İctimai Palatanın Mətbuat Mərkəzi məlumat yayıb.
Həbs
1.Dəyanət Babayev (AXCP) – 6 sutka
2.Cəmil Hacıyev (ADP) – 6 sutka
3.Rövşən Nəsirli (Bitərəf) – 5 sutka
Cərimə
1.Tofiq Yaqublu (Müsavat Partiyası başqanının müavini) – 20 manat
2.Elşən Agayev (AXCP) – 20 manat
3.Şahin Hacıyev (AXCP) – 20 manat
4.Əbülfəz Qurbanlı (AXCP Gənclər Komitəsinin sədri) – 25 manat
5.Səxavət Soltanlı (Müsavat Partiyası başqanının müşaviri) – 25 manat
6.Ayxan Hacıbəyli (Müsavat) – 25 manat
7.Təzəxan Mirəlim (AXCP) – 25 manat
8.Səxavət Mehdiyev (AXCP) – 25 manat
9.Ülvi Həsənli (Azad Gənclik Təşkilatının sədri) – 25 manat
Xəbərdarlıq
1 Məmməd İbrahim -AXCP sədrinin müşaviri)
2.Nihad Hüseynov – AXCP
3.Saqif Qurbanov – AXCP
4.Tahir Mirzəli – AXCP
5.Vaqif Xalıqov – AXCP
6.İman Qurbanov – bitərəf
7.Pərviz Əzimov – Dalğa Gənclər Hərəkatı