Sumqayıtda fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyi saytının yaydığı xəbərə görə, Füzuli rayon sakini Yusif Səfərov Sumqayıt şəhəri ərazisində fəhlə işlədiyi yeni inşa edilən binanın eyvanından (5-ci mərtəbə) yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.