Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Babək Həsənovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsi müraciətini təmin etməyib. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib. Vəkil bildirib ki, məhkəmə prosesi mayın 18-də Qaradağ Rayon Məhkəməsində keçirilib.
F.Mehdiyev Qaradağ Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini də deyib. 2 aprel aksiyasına görə həbs edilən Babək Həsənov 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib və hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.