Bir saatlıq reprotajda ölkəmizdə insan haqları və demokratiyanın durumu xüsusi qabardılıb
Dünyanın məşhur BBC media korporasiyası Azərbaycanla bağlı geniş reportaj yayımlayıb. Bir saatlıq reportaj şənbə günü yayımlandıqdan sonra bazar günü təkrarən verilib. Reportaj ölkəmizin “Eurovision” musiqi yarışmasına hazırlığından, Azərbaycanda insan haqları və mülkiyyət hüquqlarının pozulmasından bəhs olunur. BBC-nin reportyoru Bakının mərkəzində aparılan söküntü işlərindən kadrlar da çəkib.
Evinin sökülməsinə etiraz edən sakinlər BBC-yə danışıblar. İctimai Palatanın 22 aprel mitinqində çıxış edən paytaxt sakini Şirinbacı Rzayeva BBC reportyoruna açıqlamasında evinin qanunsuz sökülməsinə, ödənilən kompensasiyanın azlığından şikayətlənib. Reportajda daha sonra Azərbaycanda insan haqlarının durumu, söz azadlığının vəziyyətiylə bağlı kadrlar da göstərilib. Kadrlarda müxalif fikirli insanların təzyiqlərlə üzləşdiyi, dinc etiraz aksiyalarının polislər tərəfindən zorakılıqla dağıdıldığı vurğulanıb.