Xarici şirkətlər ölkədən niyə qaçır?

shirketHökumət Azərbaycanı “arzuolunmaz ölkə”yə çevirib

Mövcud hakimiyyət Azərbaycanı “arzuolunmaz ölkə”yə çevirib. Ölkə vətəndaşı da, xarici şirkətlər də sürətlə ölkədən qaçır. Ölkə vətəndaşı Avropaya mühacirət etmək üçün, xarici sərmayədarlar ölkədən pullarını çıxarmaq üçün yollar axtarır.
Bu gün məlum oldu ki, daha 5 şirkət Azərbyacanı tərk edir. Bunlar “Merton Investment Holding Ltd, “Commonwealth Oil and Gas Company Ltd”, “ACC Distribution UAB”, “NTD Services LLP“,Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətləridi.
Hökumət nə qədər inkişafdan, sabitlikdən, islahatlardan danışsa da statistika bunun əksini sübut edir. 2015-ci ilin birinci yarısından başlayaraq ölkədə böhran dərinləşdi və hökumət bəyan etdi ki, ciddi islahatlara başlanılır. Guya, qeyri-neft sektoru inkişaf etdiriləcəkdi, sahibkarlıq üçün münbit şərait yaradılacaqdı, ölkəyə investisiya axını olacaqdı və neqativ ənənələrə son qoyulacaqdı. Amma ötən müddət ərzində deyilənlərin əksi baş verdi. Nə korrupsiya ləğv olundu, nə monopoliya aradan qaldırıldı, nə ölkəyə investisiya axını oldu, nə də qeyri-neft sektorunda dirçəlmə müşahidə olunndu. Bütün sahələrdə sürətli tənəzzül baş verdi və bu proses davam edir.
Hər gün xarici şirkətlərin ölkədən qaçması, bu gün bu şirkətlərin sırasına daha 5-inin əlavə olunması ölkənin cəhənnəmə çevrildiyinin göstəricisidir. Artıq xarici investorlar da bu ölkədə perspektiv görmürlər. Yerli iş adamları, məmurlar pullarını ölkədən çıxarıb, qonşu ölkələrdə biznes qururlar. Hamə başa düşür ki, deyilnə sözlər, verilən sərəncamlar, yaradılan qurumlar imitasiyadır. Valyutası hər gün dəyər itirən ölkəyə kim sərmayə yatırar? Bank sektoru iflic vəziyyətə düşən, qanunların işləmədiyi ölkədə kim bizneslə məşğul olar?
Bəli, statistika da göstərir ki, bu hökumətə Azərbaycana yalnız bədbəxtlik vəd edir. Hamı bu ölkədən qaçır. İş adamları qarşıdakı mərhələnin daha ağır olacağını başa düşürlər. Hökumət təbliğatının yalan olduğunu,yarıtmaz bir komandanın iş başında olduğunu statsitik rəqəmlər də göstərir. Bu gedişlə ölkədə nə yerli, nə də xarici iş adamı qalmayacaq. Heç kim zəhmətlə qazandığı pulu əjdahanın ağzına vermək istəmir. Hamı başa düşür ki, hökumətin real islahaltar aparmaq, vəziyyəti dəyişmək fikri yoxdur. Sadəcə olaraq xalqı daha çox sıxmaq, sadə vətəndaşın cibinə girmək hesabına vaxt udmağa çalışırlar.
Azərbaycanda fəaliyyət göstərmək, biznes qurmaq üçün heç bir stimul yoxdur. Hökumət bütün əsasları məhv edib. Zəngin bir ölkəni səflillər diyarına çevirdilər və bu komanda ilə ğlkəni xials etmək mümkün deyil. Bunu yerli vətəndaş da, xarici iş adamalrı da aydın şəkildə görür.

Samir