Pentaqon rəhbəri Eşton Karter gözlənilmədən İraqa səfər edib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Pentaqonun “Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, E. Karter İraqa gözlənilməyən səfər edib. ABŞ müdafiə nazirini ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanı olan general Stiven Taunsend qarşılayıb.