Baş nazirin köməkçisi Numan Kurtulmuş törədilən terror aktında ən az 300-400 kilo partlayıcı istifadə edildiyini bildirib. Kurtulmuş, hücumu hansı terror təşkilatının reallaşdırdığı mövzusunda “əlamətlər PKK-nı göstərir” deyə bildirib.
***
İstanbulda dünən axşam saatlarında baş verən terror hücumu ilə əlaqədar saxlanan şübhəlilərin sayı 13-ə çatıb. Hadisədən dərhal sonra 10 şübhəli həbs edilmşdi.
***
Daxili işlər naziri Süleyman Soylu hücumda ölənlərin sayının 38-ə yüksəldiyini açıqlayıb. Nazir hazırda xəstəxanalarda 150 yaralı olduğunu, onlardan 14-nün reanimasiyaya yerləşdirildiyini bildirib.
***
Türkiyənin İstanbul şəhərində baş verən terror nəticəsində 29 nəfərin ölümü və 166 nəfərin yaralanması ilə nəticələnən iki terror aktı ilə bağlı ölkədə bir günlük matəm elan olunub.
***
İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, 166 nəfər isə yaralanıb.
Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
***
Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib. Partlayış Vodafone arenanın yaxınlığında meydana gəlib. Hücumun hədəfi polis əməkdaşları olduğu bildirilir. Daxili İşlər naziri Soylu, 20 polis əməkdaşının yaralandığını açıqlayıb. Hadisə yerinə çox sayda polis və təcili yardım qrupları cəlb edilib.