Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start verilib. İlk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vurublar.
Keçiriləcək oyunlardan bəziləri forma xarakter daşıyıb.
A qrupunda lider PSJ öz meydanında “Ludoqorets”i qəbul edib.
Əsas diqqətlər B qrupuna yönəlmişdi. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi.
Səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq İstanbul klubu qələbə qazanmaqla istəyinə çata bilərdi.
C qrupundakı hər iki, D qrupunda isə “Atletiko” və “Bavariya”nın görüşü heç bir əhəmiyyət kəsb etmirdi.
Oyunda bu nəticələr qeydə alınıb:
A qrupu
“Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə) 1:4
Qollar: Perez, 8 (0:1); 16 (0:2); 47 (0:3), İvobi, 54 (0:4), Dumbiya 78 (1:4)
PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan) 2:2
Qollar: Misidzan, 15 (0:1), Kavani, 61 (1:1), Vanderson, 69 (1:2), Angel Di Maria, 90+2 (2:2)
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Arsenaı | 6 | 4 | 2 | 0 | 18-6 | 14 |
2 | PSJ | 6 | 3 | 2 | 1 | 12-7 | 12 |
3 | Ludoqorets | 6 | 1 | 2 | 3 | 6-14 | 3 |
4 | Bazel | 6 | 0 | 2 | 4 | 3-12 | 2 |
B qrupu
“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) 1:2
Qollar: Kalyexon, 60 (0:1), Mertens, 79 (0:2), Ximenes, 87 (1:2)
“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) 6:0
Qollar: Besedin, 9 (1:0), Yarmolenko, 30-pen (2:0), Buyalski, 33 (3:0), Qonzalez, 45+3 (4:0), Sidorçuk, 60 (5:0), Moraes, 77 (6:0)
Qırmızı vərəqələr: Bek, 30, Aboubakar, 56 (hər ikisi “Beşiktaş”)
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Napoli | 6 | 3 | 2 | 1 | 11-8 | 11 |
2 | Benfika | 6 | 2 | 2 | 2 | 10-10 | 8 |
3 | Beşiktaş | 6 | 1 | 4 | 1 | 9-14 | 7 |
4 | Dinamo K | 6 | 1 | 2 | 3 | 8-6 | 5 |
C qrupu
“Barselona” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya) 4:0
Qollar: Messi, 16 (1:0), Arda Turan 50, (2:0); 53 (3:0), 67 (4:0)
“Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya) 1:1
Qollar: Roberts, 4 (0:1), İheanaço, 8 (1:1)
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Barselona | 6 | 5 | 0 | 1 | 20-4 | 15 |
2 | Mançester Siri | 6 | 2 | 3 | 1 | 12-10 | 8 |
3 | Borussiya M | 6 | 1 | 2 | 3 | 5-12 | 5 |
4 | Seltik | 6 | 0 | 3 | 3 | 5-16 | 3 |
D qrupu
“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) 1:0
Qol: Levandovski, 28 (1:0)
PSV (Hollandiya) – “Rostov” (Rusiya) 0:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Atletiko | 6 | 5 | 0 | 1 | 7-2 | 15 |
2 | Bavariya | 6 | 4 | 0 | 2 | 14-6 | 12 |
3 | Rostov | 6 | 1 | 2 | 3 | 6-12 | 5 |
4 | PSV | 6 | 0 | 2 | 4 | 4-11 | 2 |