Prezident Obamanın Twitter, Facebook və ya digər sosial şəbəkələrin səhifələrini izləyirsinizsə, onda sizi yanvarın 20-də Obama rəsmi vəzifəsindən gedəndən və yeni seçilmiş 45-ci ABŞ prezidenti Donald Trampın vəzifəyə gələndən sonra, o hesabların aqibəti maraqlı olar bilər.
“Obama administrasiyası bir çox sosial media şəbəkələri ilə eyni zamanda işə başladı” Ağ Evdə digital strategiya direktoru vəzifəsində çalışan Makon Phillips bildirib.
Amerikanın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, ABŞ administrasiyaları arasında hökümətin dinc yolla ötürülməsi prosesinin uzun bir ənənəsi var.
“Ağ Ev Obamanın sosial şəbəkə hesablarının ötürülmə prosesini də eyni ənənəyə uyğun aparacaq. Yanvarın 20-də @POTUS Twitter hesabı (öz 11 milyon izləyicisi ilə birlikdə) yeni seçilmiş president Donald Trampın istifadəsinə veriləcək. Milli Arxiv və Qeydlər Administrasiyası yeni yaradılmış @POTUS44 hesabında prezident Obamanın Twitter səhifəsinin arxivi olaraq saxlanılmasını təmin edəcək. Buna bənzər arxivlər həmçinin Facebook, Instagram və digər sosial şəbəkələrin platformalarının məzmununu saxlayacaq”, məlumatda qeyd edilir. (amerikaninsesi.org)