Teymur Kərimov sərbəst buraxılsa da bərəsində Cinayət Məcəlləsinin 127-ci maddəsi (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işinin başlanılmasını bildirib.
***
Noyabrın 24-də günorta saatlarında Kanal 13 internet televiziyasının əməkdaşı Teymur Kərimov Bərdədə saxlanılıb. Bu barədə saytımıza rayondakı mənbəmiz bildirib. Teymur Kərimov Qaçqın şəhərciyindən reportaj hazırlayarkən öyrədilmiş şəxslər qarışıqlıq salıb. O və Adil adlı şəxs polislər tərəfindən saxlanılıb. Adildən intizam alınaraq sərbəst buraxılsa da Teymur Kərimov Bərdə polisində saxlanılıb.