Ölkə başçısı İlham Əliyev Milli Məcls Aparatının rəhbəri Səfa Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “AzərTAc”ın xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib.
Mayın 12-də Səfa Mirzəyevin 60 illik yubileyidir. İndiyə qədərki ənənəyə əsasən deyə bilərik ki, Səfa Mirzəyev məhz bu münasibətlə “Şöhrət” ordeni ilə təltif edilib.