Suriyanın şimalında davam edən Fərat Qalxanı Hərəkatında şərqdə Münbiç, qərbdə Afrin yaxınlarında əməliyyat davam edir. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) hədəfində Əl Babın alınması var. ASO Əl Bab yaxınlığındakı kəndləri İŞİD-dən alır. Dünən əməliyyatın 84-cü günündə müxaliflər Hazvan, Şuvayhat Şadır və Başgün bölgələrində böyük ölçüdə nəzarəti ələ alıb. 2 ASO hərbçisinin öldüyü, 7-nin yaralandığı əməliyyatda İŞİD-ə aid sığınacaq yerləri, müdafiə mövqeləri, qərargah nəzarət obyektləri, silah və maşınlar atəşə tutulub. TSQ-nin açıqladığı məlumata görə, Əl Babın ələ keçirilməsinin ardından sürətli irəliləmə həyata keçirilə bilər.