Türkiyə Silahlı Birləşmələri Suriyanın şimalına təşkil olunan hava hücumlarında 18 İŞİD hərbçisini öldürdüyünü açıqlayıb. Anadolu Agentliyinin xəbərinə görə, Türkiyə Silahlı Birləşmələrinə aid təyyarələr Salvanın qərbində təsbit edilən hədəflərə təşkil edilən əməliyyatda İŞİD-in müdafiə istehkamı olaraq istifadə etdiyi 2 bina və 2 qərargah idarə mərkəzi ilə bir maşın məhv edilib.
81 gün öncə başladılan və “Fərat qalxanı” adı verilən əməliyyatın “həm İŞİD, həm də PYD təhdidini aradan qaldırmağı hədəflədiyi” açıqlanmışdı. Əməliyyatı Baş Qərargah rəisi Hulusi Akar idarə edir.