Rosneft Şirkətindən bildiriblər ki, neftin qiymətinin aşağı düşməsi səbəbindən Rosneft-in bu ilin 9 ayındakı xalis mənfəəti, keçən ilin eyni dövrü ilə müqayisədə 57,3 faiz geriləyərək 129 milyard rubla (təxminən 2 milyard dollar) düşüb.
Həmin dövrdə şirkətin ümumi satış gəlirlərinin 11,4 faiz azalaraq 3,5 trilyon rubla gerilədiyi ifadə edilən açıqlamada, vergi öncəsi mənfətin də 5,6 faiz azalaraq 913 milyard rubl olduğu qeyd edilib.
Açıqlamada fikirlərinə yer verilən Rosneft-in direktoru İqor Seçin, son illərdə neft bazarlarında baş verən dalğalanmalara baxmayaraq, uğurlu xərc nəzarəti sayəsində şirkətin maliyyə quruluşunun sağlam olduğunu ifadə edib.
Rosneft, ötən ay Rusiyanın neft istehsalçısı Bashneft-in 50 faizlik nəzarət hissəsini 329 milyard rubla satın almışdı.