«İsrail Azərbaycanda terror təşkilatı yerləşdirir»
“Israil Azərbaycanda ”Mücahiddin Xalq” terror təşkilatının üzvlərini yerləşdirmək istəyir”. Bu iddia Iranın “Press TV” agentliyinin yaydığı məlumatda yer alıb.
Məlumata görə, Israil lobbistləri Azərbaycan hakimiyyətinə təzyiq edirlər ki, terror təşkilatının üzvləri hərbi aerodromlarda yerləşdirilsin. Iran mediası iddia edir ki, bu məsələ Israilin xarici işlər naziri Aviqdor Libermanın aprelin sonunda Bakıya səfəri zamanı müzakirə mövzusu olub.
Məlumatda o da qeyd olunur ki, Azərbaycanda 16 tərk edilmiş aerodrom və hərbi baza var. Hazırda Azərbaycan hakimiyyəti onlardan dördünü bərpa edib, qalan obyektləri də tam qüvvəsi ilə işlətməyi planlaşdırır.
“Israil Azərbaycanda terror təşkilatının gözdən itirilməsi üçün Iraqdakı Əşrəf düşərgəsindəki kimi şəraiti olan baza axtarır”, – deyə xəbərdə vurğulanır.

azadliq.info