İtaliyalı məşqçi matç zamanı futbolçunu döyüb. Futbol üçün xoşagəlməz hal “Fiorentina” və “Novara” klubları arasında oyun zamanı baş verib. Kameralar “Fiorentina”nın məşqçisi Delio Rossinin serb oyunçu Adem Lyaiçanı yumruqlamasını lentə ala biliblər.
Rusiya mətbuatının məlumatına görə, 20 yaşlı oyunçu yaxşı oyun göstərməsinə baxmayaraq meydana çıxandan qısa zaman sonra dəyişdirilib. Bu qərardan narazı qalan oyunçu 62 yaşlı məşqçisinə qışqırıb. Bundan sonra Rossi Lyaiçi vurmağa başlayıb. 4 köməkçi məşqçini çətinliklə sakitləşdirə biliblər.
Bu hadisə İtaliya futbol tarixində ilk hal olduğu üçün tənqidçilərin də diqqətini cəlb edib. Artıq məşqçiyə bu əməlinə görə hansı cəza verilə biləcəyi barədə müzakirələr də başlayıb.
Məşqçinin belə əsəbi reaksiyasına səbəb kimi isə daxili çempionatın klassifikasiyasında sonuncu yerdə olan “Novariya” ilə oyunun gedişi göstərilir. Qalmaqallı matçda “Fiorentina” öz meydanında 0:2 hesabı ilə uduzub (ans press).