Yaponiyada ötən ilin martında sunami nəticəsində Sakit Okeana sürüklənərək, bu il aprelin 18-də Kanada sahillərinə çıxmış “Harley Davidson” motosikletinin sahibi tapılıb. Motosikleti tapan kanadalı Pitr Mark bu barədə yerli televiziyada elan verdikdən sonra Yaponiyanın Yamamoto şəhərindən onun çağırışına səs verilib.
Sunami nəticəsində hər şeyini itirmiş Yaponiya vətəndaşı Ikuo Yokoyama motosikletin ona məxsus olduğunu iddia edib. 29 yaşlı bayker indi öz “Harley Davidson” motosikletinə qovuşacağı günü həsrətlə gözləyir. Paslanmasına baxmayaraq, yapon nömrələri aydın görünən motosiklet metal konteynerin içində Sakit Okean boyunca 6500 kilometr məsafə qət edib.