Bank ölkənin ən böyük qəsəbələrindən biri olan Boradigahda əhalini narazılığa sürükləyir
Masallı rayonunun Boradigah qəsəbəsində təqaüdçülər, büdcə təşkilatlarında işləyənlər pensiya və maaşlarını ala bilmir. Buna səbəb “Kapital Bank”ın qəsəbədə olan yeganə bankomatının 2 aydır ki, işləməməsidir. Minlərlər vətəndaş təqaüd və maaşlarını almaq üçün qonşu kəndlərə, rayon mərkəzinə, hətta Lənkərana belə getməyə məcbur olurlar.
Təqaüdçülər azadliq.info-ya bildirib ki, dəfələrlə məsələ ilə bağlı “Kapital Bank”ın və rayonun rəhbərliyinə müraciət etsələr də, nəticəsi yoxdur. Bank rəhbərliyi bankomatın hansı səbəbdən işləmədiyini və niyə bu problemin həll olunmadığını izah etmir.
Bu da şlkənin ən böyük qəsəbələrindən biri olan Boradigahda ciddi narazılıq yaradıb. Təqaüdçülər məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcəklərini bildirirlər.