Rəsmi Kiyevi boykot etmək çağırışları nəticə verir: “Avro-2012” təxirə salına bilər
Eks baş nazir Yuliya Timoşenkonun həbsi və ona qarşı zorakılıq hallarında görə Qərb ölkələrinin sərt etirazlarının hədəfinə çevrilən Ukrayna daha ciddi təhlükələrlə üzləşə bilər. Avropa liderlərinin Ukraynaya səfərlərini təxirə salması və bəzi rəsmilərin futbol üzrə Avropa çempionatının bokyot çağırışları yarışmanın final mərhələsinin keçirilməsini təhlükə altına qoyub. Almaniya başda olmaqla bir sıra ölkələrin dövlət başçılarının çempionatı boykot edəcəyilə xəbərdarlıq və Dnepropetrovskda baş verən partlayışlar turnirin təhlükəsizlik təminatı ilə bağlı şübhələr ortaya atıb.
Artıq məsələyə UEFA tərəfindən də münasibət açıqlanıb. Yarışın idman direktoru Martin Kallen vəziyyətin belə davam edəcəyi təqdirdə UEFA-nın turniri gələn ilə təxirə salmağı müzakirə edə biləcəyini deyib. Ukrayna Xarici İşlər Nazirliyi isə bəzi Avropa ölkələrini idmanı siyasətin girovuna çevirməkdə ittiham edir. Əlavə edək ki, artıq İspaniya və Almaniya çempionatı keçirməklə bağlı təklif irəli sürüblər. Futbol üzrə Avropa birinciliyinin final mərhələsi iyun-iyul aylarında Polşa və Ukraynada keçirilməlidir.
azadliq.info