Avropa Birliyinin yüksək vəzifəli rəsmiləri Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsinə etiraz olaraq bu ölkədə keçiriləcək mərasimdə iştirak etmək planlarını ləğv edib. Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso bildirib ki, o, Avropa Birliyinin ədliyyə komissarı Vivyan Redinq kimi hərəkət edəcək. Redinq 2012-ci ilin iyununda Avropa futbol çempionatının açılışında iştirak etməyəcəyini deyib.
Bundan başqa Çexiya prezidenti Vatslav Klaus da mayın 11 və 12-də Yaltada keçiriləcək Mərkəzi Avropa ölkə rəhbərlərinin zirvə görüşünə planlaşdırılan səfərini ləğv edib. Klaus Almaniya prezidenti Yoahim Qaukdan sonra Ukraynada sammitdə iştirakdan imtina edən ikinci prezidentidir.
azadliq.info