Yaxın günlərdə yazıçı, dramaturq Firuz Mustafanın “Ekoprint” nəşriyyatı tərəfindən nəşrə hazırlanan otuz cildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi oxuculara təqdim ediləcək. əşriyyatı tərəfindən nəşrə hazırlanan otuz cildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi oxuculara təqdim ediləcək. Paytaxtımızdaki kitab dükanlarından birində kitabın imza günü də keçiriləcək. Birinci cildə yazıçının vaxtilə ədəbi jurnallarda (“Azərbaycan” və “Literatura Azerbaydjana” dərgilərində) çap olunmuş “Qapı” və “Cənnət çiçəyi” romanları daxil edilib. Məlum olduğu kimi, Firuz Mustafa Azərbaycan Yazıçılar Birliyinin dramatugya bölməsinin rəhbəridir. Dram əsərləri onlarla teatrda səhnələşdirilib. Bu il onun pyesləri Rusiya və Türkiyə teatrlarında tamaşaya qoyulub. Hazırda Ukrayna, Belarus və İran teatrlarında Firuz Mustafanın əsərlərini səhnəyə qoymaq üçün hazırlıq işləri görülür. Yeri gəlmişkən, onu da vurğulayaq ki, bu Azərbaycan ədəbiyyatında Firuz Mustafaya qədər heç bir yaradıcı şəxsin bu həcmdə külliyatı nəşr olunmayıb.